Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

19 Dekabr 2025 05:00Manşet / Sosial

Bakıya səfər etmişdilər, ölkələrinə dönə bilmirlər

 

Bakıya səfər edən Şri-Lanka vətəndaşları olan ailə gözlənilməz təbii fəlakətə görə ölkələrinə qayıda bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı paylaşım edib.

Bildirilib ki, ölkələrində baş verən güclü leysan yağışları səbəbindən bütün aviareyslər təxirə salınıb.

Hazırda ailə başçısı gündəlik hotel xərclərini qarşılamağa çalışsa da, daimi yaşayış yeri və müntəzəm qida imkanı olmadığı üçün həyat yoldaşını daha təhlükəsiz mühitə yerləşdirmək qərarına gəlib. Ailənin xanımı sözügedən sığınacağa yerləşdirilib.

Ailə ilə bir dostları yaxından maraqlanır, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı onların geri dönüşü üçün bilet təmin etmək istiqamətində iş aparır.