Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

18 Dekabr 2025 05:25Manşet / Dünya

Venesuela BMT TŞ-nin təcili iclasının keçirməsini tələb etdi

 

Venesuela ABŞ-nin hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirməsini tələb edib.

“Qafqazinfo” “The New York Times”a istinadən xıəbər verir ki, Venesuela xarici işlər naziri bununla bağlı BMT-yə məktub ünvanlayıb.

“ABŞ Prezidenti milli suverenliyimizi bütün dünyanın gözü qarşısında təhdid edir. Ölkənin ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur”, - məktubda deyilir. 

Karakas ABŞ-ni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.

Nəşr yazır ki, BMT Təhlükəsizlik Şurasına ünvanlanan ayrıca bir məktubda ABŞ-nin gəmilərə və ticarətə qarşı hərəkətlərinin yazılı şəkildə pislənməsi tələb edilib.