Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Milyarderin 100-dən çox uşağı varmış - Maskla quda olmaq istəyir
“Duoyi” onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adamı İlon Maskın övladlarından biri ilə evlənməsini arzuladığı bildirilir.
Özünü “Çinin ilk atası” adlandıran Xu Bo ictimai çıxışlarında ən azı “50 yüksək keyfiyyətli oğul” sahibi olmağı planlaşdırdığını deyib.
Daha sonra “Duoyi” şirkəti açıqlamasında Xunun ABŞ-də surroqat analar vasitəsilə 100-dən çox uşaq sahibi olduğunu qeyd edib.
Xunun keçmiş sevgilisi Tanq Czin iddia edib ki, Xu Bonun 300-dən çox uşağı var və onlardan 11-ni illərlə özü böyüdüb. Onun sözlərinə görə, “bu rəqəm hətta az da ola bilər, amma qətiyyən şişirdilmiş deyil”.
Hazırda tərəflər birlikdə sahib olduqları iki qız övladının qəyyumluğu ilə bağlı hüquqi mübarizə aparırlar.























































