Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

13 Dekabr 2025 11:17Manşet / Dünya

“Zelenskinin fotosu Kupyanskın çıxışında çəkilib”

 

“Ukrayna Prezidenti Volodimir Zelenskinin görüntüləndiyi şəkil Kupyanskın çıxışında çəkilib”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi tarixçi və analitik Yevgeni Norin çıxış edib. 

O, fotonun Kupyanskın qərbində, Xarkov küçəsində çəkildiyinə diqqət çəkib: “Yəni Zelenski xəritələrdə bizimki kimi göstərilən ərazidən kənarda yerləşir”.

Rusiya Dövlət Dumasının üzvü Aleksey Çepa isə Ukrayna liderinin Kupyansk istiqamətinə səfərinin PR (piar) aksiyası olduğunu iddia edib. 

Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə adıçəkilən şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi. Ötən gün isə Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb, paylaşımına “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” sözlərini əlavə edib.