Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradıldı
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.
“Qafqazinfo” xəbər verir ki, təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər.
Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.
Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi “Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.
Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 AZN, dövlət qurumları üçün isə 58 AZN təşkil edir.
Qeyd edək ki, “Sima Token” beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.























































