Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
İzmir Ədalət Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşına bəraət verilmişdir
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Ağstafada “Fərqliyik, bərabərik” tədbiri keçirildi - Fotolar
Qazax-Tovuz Regional Mədəniyyət və Təhsil İdarələrinin təşkilaçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş inklüziv və fərdi təhsilə cəlb olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Fərqliyik, bərabərik” adlı bədii-əyləncəli tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı qeyd edib ki, ölkəmizdə uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edən dövlət uşaq siyasəti məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün zamanlarda vətənimizin azad, müstəqil, işıqlı gələcəyi naminə uşaqların və gənc nəslin sağlam düşüncəli, vətənpərvər ruhda böyüməsi üçün gördüyü möhtəşəm işlərin nəticəsidir ki, bu gün biz böyük qürur hissi ilə qalib, suveren Azərbaycanda yaşayırıq.
Hazırda Ulu Öndərimizin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, uşaqlarımız milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüyür, onların təhsili, təlim-tərbiyəsi düzgün təşkil olunur, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası yüksək səviyyədə təmin olunur.
Tədbirin bədii hissəsində gənc müğənnilərin ifasında, Raul Qarayusibli - “Azərbaycan”, İslam Cəfərli - “Dostluq himni”, Rəhman Həsənli - “Qatar təsnifi”, Nur İlyaslı – “Bəri bax” mahıları, eləcə də Fəridənin və Ağstafa şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının uşaqlarının nümayiş etdirdikləri müxtəlif rəqs kompozisiyaları tamaşaçılar rəğbətlə izləyiblər. Öz növbəsində şən kloun və sevimli nağıl qəhrəmanlarının personajlarının əyləncəli nömrələri də uşaqların böyük sevincinə səbəb olub.
Sonda RİH başçısı uşaqlarla xatirə şəkilləri çəkdirib.
































































