Menu
Xəbər Lenti
Millimiz Bakıda uduzdu
Dünən, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

02 Dekabr 2025 16:53Manşet / Gündəm / Sosial

Astaralı Qazi Ruslan Əliyev çarəsiz durumdadır. PREZİDENTƏ AÇIQ MÜRACİƏT

 

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Birinci vitse-prezident

Mehriban xanım Əliyevaya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

və aidiyyəti dövlət qurumlarına

Astara Rayon İcra Hakimiyyətinin başçısı

Qəzənfər Ağayevə

 

MƏN – Əliyev Ruslan Qalib oğlu, Rusiya Federasiyasında anadan olmuşam, əslən Astara rayonundanam və hazırda Astara rayonunda yaşayıram. Ailəliyəm, 3 azyaşlı övladım var.


Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Astara rayonunda təhsil almışam. Məktəbi bitirdikdən sonra atam vəfat etmiş, bir müddət sonra isə anamı itirmişəm. Daha sonra həqiqi hərbi xidmətə yollanmışam.


2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm. Füzuli istiqamətində, dağlıq və çox ağır döyüş şəraitində ön cəbhədə vuruşmuşam. Döyüşlərin birində ağır yaralanmışam. Bədənimdə bir neçə güllə yarası qalmış, əməliyyatlar keçirmişəm.


Döyüşlərdə göstərdiyim cəsarətə və Vətən qarşısında xidmətlərimə görə “Vətən müharibəsi iştirakçısı” döş nişanı ilə təltif edilmişəm, həmçinin Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medallarla mükafatlandırılmışam.


Hazırda səhhətim olduqca ağırdır. Yeriməkdə, hərəkət etməkdə ciddi çətinliklərim var. Bədənimin bir çox hissəsi yaralıdır və iş qabiliyyətimi tam itirmişəm. Bu səbəbdən heç bir yerdə işləyə bilmirəm.


Dəfələrlə müxtəlif qurumlara müraciət etmişəm, lakin vəziyyətim hələ də nəzərə alınmayıb, mənə nə əlillik dərəcəsi, nə də pensiya təyin edilib. Ailəmə, övladlarıma baxa bilmədiyim üçün böyük maddi və mənəvi çətinliklər yaşayıram. Hazırda ailəm imkansızlığın pik həddindədir.


Cənab Prezidentdən, Mehriban xanımdan və bütün aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, vəziyyətim nəzərə alınsın, səhhətim obyektiv şəkildə qiymətləndirilsin və mənə qanunauyğun şəkildə pensiya və müvafiq sosial yardım təyin edilsin.


Mən Vətən uğrunda sağlamlığını itirmiş bir vətəndaşam, cəsur döyüşçüyəm. Yeganə istəyim ailəmi ac-susuz qoymamaq və normal yaşamaq imkanıdır.


Ümidimi yalnız Sizə bağlamışam.


Əvvəlcədən diqqətiniz və ədalətli yanaşmanız üçün təşəkkür edirəm.


 

Hörmətlə,

Əliyev Ruslan Qalib oğlu

Astara rayonu

Əlaqə nömrəsi: 051 307 50 37

 

Ulusestv.az