Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

02 Dekabr 2025 06:13Manşet / Sosial

Zaqatalada ev tamamilə yandı

 

Zaqatalada yaşayış evi tamamilə yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın Zaqatala rayonu, Üçüncü Tala kəndində 1970-ci il təvəllüdlü Mustafayev Gündüz Mustafa oğluna məxsus yaşayış evində  baş verib.

Yanğın yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 65 kv/m olan yaşayış evi icərisindəki əşysları ilə birlikdə tamamilə yanıb..

Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov