“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“Gəlin, sülhü qazanaq” - Hikmət Hacıyev
“Azərbaycan ilə Avropa İttifaqı arasında dialoq uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqaməti dəyişib və iqtisadi sahələr ön plana çıxıb”.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu fikirləri “Brussels Signal” portalında dərc edilən məqalədə qeyd edilib:
“2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsi faktiki olaraq başa çatıb. Etnik ermənilərin böyük hissəsi regionu tərk ediib və artıq iki ölkə birgə infrastruktur layihələri üzərində işləmək imkanına malikdir”.
Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk” sözləri də yer alıb.
Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb.
“ABŞ layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış edib və dəhlizin bir seqmentinə Prezident Trampın adı verilib”, - deyə əlavə edilib.
Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.























































