Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Şəhid Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib
“Xezertv.info” xəbər verir ki, noyabrın 29-da Vətən müharibəsi şəhidi, Baş leytenant Kazımov Vüsal Kamran oğlunun anım günündə, Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində şəhid məzunumuzun əziz xatirəsinə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Şənmədov, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, sektor əməkdaşları, Lənkəran rayonu üzrə bir sıra məktəb rəhbərləri, Lənkəran Dövlət Universiteti və Astara Pedaqoji Kollecinin işçi heyəti, o cümlədən şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və müharibə iştirakçıları, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və məktəblilər tərəfindən Dövlət Bayrağının zala gətirilməsi ilə başlayan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Açılış nitqi ilə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğını özünün əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirir.
Daha sonra millət vəkilləri Anar İsgəndərov, Elçin Mirzəbəyli və digər natiqlər çıxış edərək vurğulayıblar ki, qəhrəman şəhidlərimiz öz canları bahasına torpaqlarımızı düşməndən azad etdilər, müstəqilliyimizi daha da möhkəmləndirdilər və Azərbaycan xalqının birliyini, iradəsini və qüdrətini bütün dünyaya nümayiş etdirdilər.
Qeyd olunub ki, Azərbaycanın bu günkü gücü, sabitliyi və azad, müstəqil yaşamaq haqqı məhz şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur. Onlar canlarından keçərək bir daha sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt əyilməz və heç vaxt haqqından dönməz.
Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında əvvəlcə şəhid Vüsal Kazımovun qəhrəmanlığı və vətən qarşısında göstərdiyi fədakarlığı yüksək qiymətləndirmiş, onun xatirəsinin yaşadılmasının gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Daha sonra o, məktəbin son illərdə həyata keçirdiyi layihələri və şagirdlərin inkişafına yönəlmiş innovativ fəaliyyətləri qeyd edərək, şagirdlərin yaradıcı potensialının üzə çıxarılması istiqamətində atılan addımları xüsusi qeyd etmişdir. Rəhim Rəhimov məktəb radiosunun və yeni fəaliyyətə başlayan məktəbli podkastının şagirdlərin nitq mədəniyyəti, analitik düşüncə və media savadlılığının formalaşmasında mühüm rol oynadığını vurğulamışdır. Sonda o, məktəb rəhbərliyinə və müəllim kollektivinə təşəkkürünü bildirərək, bu təşəbbüslərin məktəbin nüfuzunu yüksəltdiyini və gələcəyin yaradıcı, vətənpərvər gənclərinin formalaşmasına töhfə verdiyini qeyd etmişdir.
Daha sonra şəhid atası, professor Kamran Kazımov çıxış edərək tədbir iştirakçılarını səmimi-qəlbdən salamlamış, övladının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəb rəhbərliyinə və təşkilatçılara dərin təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, bu cür tədbirlər təkcə şəhidlərin əziz xatirəsinin yaşadılmasına deyil, həm də gənc nəslin vətənə sədaqət və dövlətçilik ruhunda tərbiyəsinə mühüm töhfə verir. Professor Kamran Kazımov qeyd etmişdir ki, məktəb kollektivinin göstərdiyi diqqət və həssaslıq şəhid ailələrinə mənəvi dayağın ən ali nümunəsidir və bu münasibət hər bir azərbaycanlının qəlbində xüsusi hörmət doğurur.
Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam etdirilib. Məktəblilər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər, poetik kompozisiyalar və musiqi nömrələri ifa edərək iştirakçılara mənəvi anlar yaşatmışlar. Tədbir çərçivəsində “Azərbaycan”, “Mənim atam qəhrəmandır”, “Ana Can”, “Vüsal hicrandan acıymış”, “Vətən əmanəti”, “Şəhid Vüsal Kazımov”, “Qayıdıram sənə Şuşa”, “Cənab Leytenant” və digər vətənpərvər mövzulu mahnılar səsləndirilib.
Tədbirin sonunda məktəbin direktoru Ramiz Ramazanov şəhid Vüsal Kazımovun qəhrəmanlığını və vətən qarşısındakı fədakarlığını yüksək qiymətləndirərək, onun xatirəsinə ehtiramını bildirib. O, həmçinin məktəb kollektivinə, tədbir iştirakçılarına və qonaqlara təşəkkürünü və minnətdarlığını ifadə edərək, göstərilən səylərin şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə verdiyi töhfəni vurğuladı. Məktəb rəhbəri qeyd edib ki, belə tədbirlər şəhidlərimizin şərəfli xatirəsini əbədiləşdirir və gələcək nəsilləri vətənə sədaqət və fədakarlıq ruhunda yetişdirir.
Daha sonra rəsmilər şəhid Vüsal Kazımov və Mais Mirzəcanovun məzarını ziyarət etmiş, həmçinin Yuxarı Nüvədi kəndində yerləşən Vüsal Kazımov adına Şəhidlər parkına yollanmışlar.






































































































































