Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Trampdan gizli danışığın detallarının sızdırılmasına - Reaksiya
Məlum olduğu kimi, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov, eləcə də Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında telefon danışıqlarının stenoqramı yayılıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, artıq hər iki tərəf məsələyə münasibət bildirib.
Bu barədə danışan ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, Uitkoff və Uşakov arasında söhbətin “Bloomberg” agentliyində yayımlanmış stenoqramı ilə tanış deyil. Bununla belə, o, Vaşinqton və Moskva arasındakı danışıqları “adi” və “standart” adlandırıb.
Kirill Dmitriyev isə Uşakov və Uitkoffun iştirakı ilə baş tutan telefon danışığının detallarının sızdırılması ilə bağlı məlumatı təkzib edib.
Belə ki, o, “X” sosial şəbəkə hesabında paylaşım edərək “Feyk” yazıb.























































