Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Xanlarova Ələkbərzadəyə görə işdən çıxır?
Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə uzun müddətdir aralarında davam edən qalmaqalla bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında etdiyi paylaşımda bəzi məqamlara da aydınlıq gətirib.
M.Xanlarova həm özünün, həm də digər teatr əməkdaşlarının uzun müddət mediada susmasının səbəbini Mədəniyyət Nazirliyinin onlara verdiyi vədlə əlaqələndirib:
“Bizə deyilmişdi ki, Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yenilənməyəcək. Buna görə mövzuya qayıtmamağımız xahiş olunmuşdu. Biz də gözlədik. Lakin məlum oldu ki, daha 6 ay vəzifəsində saxlanılıb”.
Aktrisa həmçinin Mehriban Ələkbərzadənin teatrın baş rejissoru olduğu halda başqa qurum üçün pul müqabilində “sənədli film” hazırlamasını tənqid edib:
“Baş rejissor “AzDrama” üçün deyil, AzTV üçün pul müqabilində xronologiya hazırlayır. Teatr üçün ayrılan vaxt və status niyə başqa yerə sərf edilir? Bu, rüsvayçılıqdır”.
Əməkdar artist bildirib ki, söz azadlığına məhdudiyyətlərlə üzləşdiyi üçün işdən çıxarılma ehtimalını gözə alaraq ərizə yazıb:
“Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim. İnanıram ki, birotaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan məni - Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək”.
Məlumat üçün bildirək ki, Akademik Milli Dram Teatrından sənətçinin ərizəsinin qəbul edilib-edilməməsi ilə bağlı hələ ki məlumat yoxdur.
Qeyd edək ki, Mehriban Xanlarovanın narazılığı teatra kənar aktrisanın dəvət olunması ilə bağlı verdiyi açıqlamadan sonra gündəmə gəlmişdi. Əməkdar artist həmin müsahibəsində bunu haqsızlıq adlandıraraq kollektivdə kifayət qədər peşəkar aktrisalar olduğunu bildirmişdi.
























































