Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Sarımsağın faydaları
Sarımsaq həm çiy halda, həm də xörəklərdə bişirilmiş halda istifadə olunur. O, həzm və nəfəs orqanları, ağciyər üçün faydalıdır.
“Qafqazinfo” xəbər verir ki, sarımsaq yemək iştahı artırır, qidanın həll olunmasına kömək edir, mədə rütubətini toplayır və aşağı salır, qatı qanı durulaşdırır.
Turşuya qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir, huşsuzluq, üz iflici, sinir və oynaq ağrıları hallarında tövsiyə edilir. Mədədə qurd yaranmasının qarşısını alır.
Sarımsağı qatıqla yemək iştahı açır, mədə və həzm üçün münasibdir. Ağır və gec həzm olunan qidaları sarımsaqla yemək məsləhətlidir.
Sarımsaq ürək əzələsini möhkəmləndirir, böyrək daşları hallarında da tövsiyə olunur. Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir. Onu qaynadaraq isti suyunda oturmaq sidikqovucu təsirə malikdir.
Lakin sarımsağı həddən çox işlətmək qana, gözə və babasilə ziyandır. Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.
Sarımsaq yedikdən sonra nəfəsinizdən iy gəlməməsi üçün bir az cəfəri və ya limon yemək məsləhət görülür.
Damarların divarlarına çökmüş xolesterinin səviyyəsini aşağı salır.
Sarımsağı zədələnmiş yerlərə sürtməklə qanaxmanın qarşısını almaq mümkündür.























































