Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qrant layihəsi çərçivəsində şagirdlərin həyati bacarıqlarının inkişafına yönəlik təlimlər davam edir
Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev
“Azərişıq” ASC-in 24 milyonluq tenderini udan 10 manatlıq şirkət – Təmsilçisi Anar Tinayev olan “Smart Energy Services” əslində kimindir?
“Azərişıq” ASC Binəqədi rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yeni 110/35/10 kV-luq, 2x40 MVA gücündə GİS tipli tam qapalı yarımstansiyanın tikintisi ilə bağlı tender keçirib.
32gun.az xəbər verir ki, müqsabiqənin qalibi “SMART ENERGY SERVICES” MMC olub. Bağlanacaq müqavilənin ümumi dəyəri 24.132.536,53 manatdır.
Araşdırmalar göstərir ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “Smart Energy Services” MMC-nin hazırkı qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur.
Şirkət fəaliyyətə başladığı dövrdə onun qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Həmçinin şirkətin əvvəlki adı “RX İnvest Layihə” MMC kimi qeydiyyatdan keçib və bu ad 2020-ci il dekabrın 8-dək qüvvədə olub. Daha sonra həm adı, həm də qanuni təmsilçiliyi dəyişdirilərək indiki formaya gətirilib.
Maraqlıdır ki, “Smart Energy Services” MMC “Azərişıq” ASC ilə dəfələrlə yüksək məbləğli tender müqavilələri imzalasa da, şirkət haqqında açıq mənbələrdə məlumat tapmaq mümkün deyil. Nə rəsmi internet səhifəsi, nə əlaqə nömrələri, nə də fəaliyyətinə dair digər məlumatlar mövcuddur.
Beləliklə, dövlət büdcəsi hesabına maliyyələşən iri layihələrin icrasını faktiki olaraq haqqında heç bir açıqlama olmayan bir şirkət həyata keçirir. Bu isə dövlət satınalmalarında şəffaflıq məsələləri ilə bağlı suallar yaradır. Ekspertlərin fikrincə, “Azərişıq” ASC kimi dövlət qurumları tender proseslərində iştirak edən şirkətlər barədə ictimaiyyətə daha geniş məlumat təqdim etməlidir.























































