Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
“AzerGold”un təşəbbüsü ilə Göygöldə kitab köşkü istifadəyə verildi
“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır.
Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə bilir.
Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır.
Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.
Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim olunur.
“AzerGold” bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.























































