VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Otağa icazəsiz girib isinmək üçün od qalayıblar”
Lənkəranın Göyşaban kəndində baş verən yanğın zamanı iki nəfərin (59 yaşlı Cəlilabad sakini Əmrah Bədirov və 55 yaşlı Sərraf Mustafayev) yanmış meyitinin tapılması ilə bağlı yeni detallar məlum olub.
“Qafqazinfo” xəbər verir ki, hər iki şəxs hadisə baş verən ərazidə – donuzçuluq fermasının yaxınlığındakı metal konstruksiyalı yardımçı tikilidə yaşayır və həmin fermada gözətçi kimi işləyirmiş.
Ə. Bədirovun qardaşı Aqil Bədirov hadisə barədə bildirib: “Çox ağır hadisədir, araşdırılır, tam məlumatımız yoxdur. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb, sakit adam idi”.
Fermanın sahibi Namiq Əhmədov isə hadisənin fermaya aidiyyəti olmadığını söyləyib: “Həmin şəxslər fermanın yaxınlığındakı zibil poliqonunda uzun müddətdir səfil həyatı sürürdü. Hər ikisi içki aludəçisi olub. Hadisə baş verən gün gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına girib və orada isinmək üçün od qalayıblar. Yəqin ki, hadisə bundan sonra baş verib. Onlar poliqondan metal qırıntıları toplayıb sataraq gündəlik qazanc əldə edirdilər”.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətindən qeyd edilib ki, noyabrın 15-i Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin videomaterialında:























































