“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Məşhur aktrisa evlənir
Məşhur türkiyəli aktrisa Hande Doğandemir yenidən barışdığı keçmiş sevgilisi Emre İzerdən evlilik təklifi alıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa bu xəbəri sosial media hesabında paylaşdığı təkqaş üzüyün fotosu ilə izləyicilərinə çatdırıb.
“Güneşi Beklerken”, “Hayatımın Aşkı”, “Muhteşem Yüzyıl Kösem”, “Yüzleşme” və “Taş Kağıt Makas” kimi seriallardakı rolları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan aktrisanın sevgili həyatı uzun müddətdir medianın diqqət mərkəzində idi.
Doğandemir ilə memar Emre İzerin münasibəti 2024-cü ilin iyul ayında başlamışdı. O dövrdə aktrisanın “Gəldi mənimki” qeydi ilə etdiyi paylaşım münasibətlərini dolaylı şəkildə elan etməsi kimi yadda qalmışdı. Daha sonra yollarını ayıran cütlük bu ilin iyun ayında yenidən bir araya gəlib.
Barışdıqlarını mətbuata təsdiqləyən Doğandemir o zaman “Ola bilər, bu işlər heç vaxt bəlli olmur. Hazırda hər şey qaydasındadır, çox da danışmaq istəmirəm” sözləri ilə münasibətlərinin yaxşı getdiyini bildirmişdi.
Hazırda “Kıskanmak” serialında rol alan 39 yaşlı aktrisa nişan üzüyü paylaşımı ilə sosial mediada böyük maraq doğurub. İzləyicilər arasında “Toy nə vaxt olacaq?” sualları səslənməyə başlayıb.
Hande Doğandemir və Emre İzer bu dəfə münasibətlərini nikah masasına daşımağa hazırlaşırlar.
Qeyd edək ki, Emre İzer bundan əvvəl aktrisa Şebnem Bozoklu ilə altı il evli olub.























































