İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Son həftələrdə PRAYK platformasında istifadəçi artımı rekord həddə çatıb. Xüsusilə qadın istifadəçilərin sayında ciddi yüksəliş müşahidə olunub. Ekspertlər bunu platformanın təhlükəsizlik siyasəti, gizlilik prinsipləri və sosial məsuliyyət yanaşması ilə əlaqələndiriblər.
Layihənin yaradıcısı Kamran Aydınov bildirir:
“Bizim məqsədimiz insanlara sadəcə elan xidməti təqdim etmək deyil. Biz təhlükəsiz, mədəni və faydalı rəqəmsal mühit yaradırıq. Qadınlara qarşı hər cür təzyiq və təhdidə sıfır tolerantlıq prinsipi ilə yanaşırıq.”
1xeber.media xəbər verir ki, hazırda PRAYK komandası yeni AI müdafiə agenti üzərində işləyir. Sistem platformadakı davranışları analiz edərək, elanlara maraq göstərmədən ardıcıl şəkildə qadın hesabları ilə əlaqə yaratmağa çalışan istifadəçiləri müəyyən edəcək. Süni intellekt yalnız qadın istifadəçilərə belə hallarda mümkün niyyət barədə xəbərdarlıq göndərəcək. Qeyd edək ki, bu funksiya yalnız qadınların təhlükəsizliyi üçün nəzərdə tutulub və kişi istifadəçilər üçün aktiv edilməyəcək.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə çıxışında süni intellektin müasir dünyanın əsas istiqaməti olduğunu vurğuladı. PRAYK layihəsinin müəllifi Kamran Aydınov isə hələ 2017-ci ildən bu istiqamətdə öz layihəsi üzərində çalışır.
Eyni zamanda, insanlar PRAYK vasitəsilə illərlə istifadə olunmayan şəxsi əşyalarını satışa çıxarır, beləliklə evlərində yer açır və lazımsız əşyaları iqtisadi dövriyyəyə qaytarırlar.
Platforma həmçinin kiçik və orta biznesləri dəstəkləyir, sahibkarlara öz məhsullarını daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır. PRAYK-ın məqsədi yaxın illərdə Azərbaycanın №1 sosial şəbəkəsinə çevrilməkdir.
Bu yenilik və yanaşma PRAYK-ı regionda qadınlara qarşı rəqəmsal zorakılığa qarşı real addım atan və sosial dəyər yaradan ilk platformaya çevirir.























































