Menu
Xəbər Lenti
Romada matəm elan edildi
Dünən, 05:43

Romada matəm elan edildi

15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

06 Noyabr 2025 12:07Manşet / Gündəm / Siyasət

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: "8 noyabr Zəfərin müəllifi – Müzəffər Ali Baş Komandan".

 

Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar təkcə bir tarix deyil, həm də milli kimliyimizin, qürurumuzun və birliyimizin simvoluna çevrilir. Bu günlərdən biri, bəlkə də ən önəmlisi – 8 Noyabr – Zəfər Günüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və 30 ilə yaxın işğal altında olan Qarabağa üçrəngli bayrağımızı sancdı. Bu şanlı qələbə təkcə hərbi gücün deyil, eyni zamanda xalqın milli iradəsinin, Prezident-Xalq-Ordu birliyinin nəticəsi idi.


Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev 8 Noyabr – Zəfər Günü münasibətilə bildirib ki, bu tarix Azərbaycanın əsrlər boyu yaddaşına qızıl hərflərlə yazılmış qürur səhifəsidir. Onun sözlərinə görə, həmin gün xalqımızın yenilməz ruhu, Vətən sevgisi və dövlətə sədaqəti bir daha sübut olundu.


Teymur Hacıyev vurğulayır ki, bu qələbə Ulu Öndər Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyinin və xalqın birliyinin bəhrəsidir. “Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, mən qalib xalqın nümayəndəsiyəm. Biz bu qüruru şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, Ordumuzun və Müzəffər Ali Baş Komandanın yenilməz iradəsi sayəsində qazandıq,” – deyə o qeyd edib.


Gəncə şəhəri Vətən müharibəsi dövründə xüsusi mərdlik və səbir nümayiş etdirən şəhərlərdən biri olub. Ermənistanın raket hücumları nəticəsində dinc əhalidən onlarla insan şəhid olsa da, Gəncə əhalisi milli birliyini pozmadı, əksinə, “Qarabağ Azərbaycandır!” hayqırışı ilə bir daha dövlətin və ordunun yanında oldu. Teymur Hacıyev vurğulayır ki, Gəncə sakinlərinin o çətin günlərdə göstərdiyi dözüm, həmrəylik və dövlətə sədaqət Azərbaycan xalqının qətiyyətinin nümunəsidir. “Biz o günləri heç vaxt unutmayacağıq. Hər bir şəhidimizin ruhu qarşısında baş əyirik. Onların qanı yerdə qalmadı – 8 Noyabr Qələbəsi bunun bariz sübutudur,” – deyə o bildirib.


Teymur Hacıyev qeyd edir ki, 8 Noyabr Zəfəri bütün dünyaya göstərdi ki, Azərbaycan dövlətinin siyasi və hərbi rəhbərliyi vahid məqsəd uğrunda mübarizə aparır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, diplomatik məharəti və qətiyyəti bu Qələbənin memarı oldu. “Cənab Prezident həm müharibə dövründə, həm də ondan sonrakı dövrdə göstərdi ki, Azərbaycan xalqının milli maraqları onun üçün hər şeydən önəmlidir. Dövlətimizin başçısı bütün addımlarını xalqın etimadına əsaslanaraq atdı və nəticədə tariximizin ən möhtəşəm qələbəsini qazandıq,” – deyə Teymur Hacıyev əlavə edib.


Zəfər Günü həm də şəhidlərimizi yad etmə, onların müqəddəs xatirəsini yaşatma günüdür. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinin və qazilərin sosial təminatına göstərilən dövlət qayğısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olan ən mühüm məsələlərdəndir. “Bu gün ölkəmizin hər yerində şəhid ailələrinə, qazilərə göstərilən hörmət və ehtiram Azərbaycanın mənəvi gücünün göstəricisidir. Bizim borcumuz onların ruhu qarşısında daim baş əymək, onların uğrunda can verdiyi torpaqları qorumaqdır,” – deyə o bildirib.


Teymur Hacıyev qeyd edir ki, müharibə dövründə və Zəfərdən sonra daxili işlər orqanları, xüsusilə də Gəncə şəhər polis əməkdaşları dövlətin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında, asayişin qorunmasında xüsusi əzmkarlıq nümayiş etdiriblər. “Bizim polis əməkdaşlarımız həm döyüş bölgəsində, həm də arxa cəbhədə öz vəzifə borclarını şərəflə yerinə yetiriblər. Onların fəaliyyəti nəticəsində Gəncədə ictimai-siyasi sabitlik qorunub saxlanıldı, şəhər əhalisinin təhlükəsizliyi təmin olundu. Bu, Vətənə xidmətin ən ali formasıdır,” – deyə rəis vurğulayıb.


Teymur Hacıyev bildirir ki, 8 Noyabr Zəfəri artıq yalnız bir tarixi hadisə deyil, həm də milli qürur simvoludur. Hər il bu gün Azərbaycan xalqı həm şəhidlərin xatirəsini anır, həm də gələcək nəsillərə vətənpərvərlik dərsi verir. “Biz bu Zəfəri gələcək nəsillərə qürurla ötürməliyik. Gənclər bilməlidirlər ki, bu azad torpaqlar, bu üçrəngli bayraq asanlıqla əldə edilməyib. Onlar üçün canını, qanını verən igid oğullarımızın qəhrəmanlığı unudulmamalıdır,” – deyə o qeyd edib.


Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev sonda vurğulayıb ki, 8 Noyabr Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu qələbə xalqımızın milli birliyinin, dövlət başçımızın siyasi iradəsinin və ordumuzun gücünün təntənəsidir. “Tarix yazan xalq heç vaxt məğlub olmur. Biz bu tarixi birlik sayəsində yaratdıq və qoruyuruq. Qoy 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının əzmini, qətiyyətini və birliyini əks etdirən əbədi simvol kimi tarixdə yaşasın,” – deyə Teymur Hacıyev sözlərini tamamlayıb.


Qarabağ Azərbaycandır!


Zəfər bizimlədir, Zəfər əbədi olacaq!


 

FəridFaiqoğlu

Xezertv.info”-nunrəhbəri,

AJB-nin üzvü