Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Vətən müharibəsinin 37-ci günü: Səkkiz kənd işğaldan azad edilir
2020-ci il noyabrın 2-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz yeddinci günü.
Oxu.Az xatırladır ki, döyüş əməliyyatları cəbhənin, əsasən, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edir. Bölmələrimiz Zəngilanda əlverişli yüksəkliyi ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi qruplaşmalarını vaxtında aşkarlayaraq geri çəkilməyə məcbur edirlər.
Həmçinin, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, dörd ədəd BM-21 "Qrad" qurğusu, 10 ədəd müxtəlif tipli topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası sıradan çıxarılır. Habelə, Tərtərin Çardaqlı kəndi istiqamətində bir ədəd "Kub" zenit-raket kompleksi məhv edilir. Bununla yanaşı, mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin "Su-25" döyüş təyyarəsi də bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulur. O cümlədən, qondarma rejimin "müdafiə naziri"nin müavini Artur Sarkisyan döyüşlərdə ordumuz tərəfindən öldürülür.
Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqelərini atəşə tuturlar. Lakin Ermənistanın müharibə cinayətlərinin cavabını ordumuz yenə də döyüş meydanında verir.
Belə ki, Prezident İlham Əliyev özünün "X" səhifəsində gözlənilən müjdəni xalqa çatdırır:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bir sözlə, müharibənin 37-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.























































