Vaqif Abdullayevin rəhbərliyi ilə Beyləqan rayonunun inkişaf yolu və sosial rifahın yüksəlişi
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Oturaq həyat tərzinin zərərlərindən necə qorunaq?
Birminhem Universitetinin alimləri maraqlı nəticəyə gəliblər: flavanolla zəngin qidalar — xüsusilə çay, kakao, alma və giləmeyvələr — uzun müddət oturaq həyat tərzinin damar sisteminə mənfi təsirini azalda bilər.
“Qafqazinfo” xəbər verir ki, “The Journal of Physiology” jurnalında dərc olunan araşdırmaya görə, müasir insan gün ərzində orta hesabla altı saata qədər oturaq vəziyyətdə qalır. Bu isə damar elastikliyinin azalmasına, nəticədə infarkt və insult kimi xəstəliklərin riskinin artmasına gətirib çıxarır.
Flavanollar təbiətdə meyvə, çay, kakao və qoz-fındıq kimi məhsullarda mövcud olan, damarları qoruyan və qan dövranını yaxşılaşdıran təbii birləşmələrdir.
Tədqiqat çərçivəsində 40 sağlam kişi iki qrupa bölünüb. Birinci qrup oturaq testdən əvvəl flavanolla zəngin kakao içkisi (695 mq), ikinci qrup isə az flavanol tərkibli içki (5,6 mq) qəbul edib. İki saatlıq hərəkətsizlikdən sonra alimlər iştirakçıların damar elastikliyini və qan dövranını ölçüblər.
Nəticələr göstərib ki, az flavanol qəbul edənlərin damar fəaliyyəti zəifləyib, lakin flavanolla zəngin içki içənlərdə belə dəyişiklik qeydə alınmayıb.
“Əgər orqanizm kifayət qədər flavanol almırsa, yüksək fiziki hazırlıq belə uzun müddət oturmanın mənfi təsirindən tam qoruma təmin etmir”, - Birminhem Universitetinin fiziologiya professoru Sem Lukas bildirib.
“Biz günün çox hissəsini masa arxasında və ya avtomobildə oturaraq keçiririk. Flavanolla zəngin məhsulların gündəlik qidalanmaya əlavə edilməsi damar sağlamlığını qorumağa və ürək xəstəliklərinin riskini azaltmağa kömək edə bilər”, - araşdırmanın rəhbəri, doktor Katarin Rendeiro əlavə edib.























































