Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Üzən muzey tikəcəklər - Dubayda
Dubayda yeni memarlıq layihəsi – Dubay Üzən İncəsənət Muzeyi (DUMA) istifadəyə veriləcək.
“Qafqazinfo” xəbər verir ki, layihə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktum tərəfindən təqdim olunub.
O bildirib ki, muzeyin məqsədi Dubayın qlobal mədəniyyət paytaxtı statusunu gücləndirməkdir. Layihənin müəllifi dünya şöhrətli yapon memar Tadao Andodur. Onun dizaynı Dubayın dəniz və mirvari irsindən ilhamlanıb. Beşmərtəbəli muzey Dubay körfəzinin sularında inşa ediləcək və şəhər mənzərəsi ilə harmoniyada olacaq.
Muzeydə sərgi zalları, restoran və VIP zonalar, eləcə də kitabxana, təhsil və tədqiqat mərkəzləri fəaliyyət göstərəcək. DUMA yalnız sərgilər üçün deyil, həm də mühazirələr, panel müzakirələr, təlimlər və incəsənət yarmarkaları üçün yaradılacaq mədəniyyət məkanı olacaq.
Qeyd edək ki, layihə Dubayın mədəniyyət və iqtisadi inkişafı birləşdirən strateji baxışını əks etdirir və şəhəri beynəlxalq yaradıcılıq mərkəzinə çevirməyi hədəfləyir.























































