Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
İsrailin Azərbaycandakı Səfirliyi ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə yönəlmiş təşəbbüslərini davam etdirir. Səfirlik bu il də ənənəsinə sadiq qalaraq “Bakı Caz Festivalı 2025”-in tərəfdaşlarından biri kimi çıxış edib. Mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan Səfirlik festival çərçivəsində İsraildən gəlmiş “Yogev Shetrit Trio” musiqi qrupunun çıxışını dəstəkləyib.
Festivalın açılış axşamında səhnəyə çıxan “Yogev Shetrit Trio” caz musiqisi ilə Yaxın Şərq ritmlərinin harmonik sintezini təqdim edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Qrupun ifasında cazın improvizasiya azadlığı ilə Şərq musiqisinin emosional dərinliyi birləşərək, fərqli mədəni köklərin ahəngdar vəhdətini nümayiş etdirib. Dinləyicilər İsrail musiqisinin rəngarəngliyini, cazın isə birləşdirici gücünü böyük maraqla qarşılayıblar.
İsrail Səfirliyi bildirib ki, musiqi xalqlar arasında anlaşma və dostluğun ən təsirli vasitələrindən biridir. “Musiqinin gücü xalqlarımız, mədəniyyətlərimiz və ölkələrimiz arasında körpü rolunu oynayır. Biz mədəni mübadiləni davam etdirməkdən və Azərbaycan ictimaiyyəti ilə bu kimi layihələr vasitəsilə əlaqələri möhkəmləndirməkdən məmnunuq,” – deyə səfirlik nümayəndələri vurğulayıblar.
“Bakı Caz Festivalı 2025” bir daha sübut etdi ki, mədəniyyət və incəsənət sərhəd tanımır. Bu kimi tədbirlər Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə xidmət edir, ölkələrimiz arasında mədəni dialoqun inkişafına mühüm töhfə verir.
***
The Embassy of Israel to Azerbaijan is happy to continue its cultural exchange and to support the Baku Jazz Festival 2025.
The opening evening featured an outstanding performance by the Yogev Shetrit Trio, who came from Israel, representing the country with a rich fusion of jazz and Middle Eastern rhythms.
The power of music strengthens the connections

























































