Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Qəbələdə Latın Amerikası musiqisinin ruhu duyuldu...
Qəbələ festivalı adətən izləyicilərini gün ərzində bir neçə konsert proqramı ilə sevindirir. Bu il də istisna olmayıb.
“Qafqazinfo” xəbər verir ki, festivalın açılış günündə, iyulun 24-də daha bir konsert gecə saatlarında Latın Amerikası ruhunda olan musiqi ilə davam edib.
“Mercadonegro” musiqi qrupu əsasən Kuba musiqisindən yaranan salsa ritmləri ilə musiqi axşamına özünəməxsus enerjidolu ovqat qatıb.
Qəbələ iyulun 29-dək müxtəlif ölkələrdən gələn beynəlxalq miqyasda tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya gəldiyi musiqi səhnəsinə çevriləcək.
Azərbaycanla yanaşı, Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri öz rəngarəng çıxışları ilə məharətlərini bir daha nümayiş etdirir.
Festival çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq.





























































