Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 10:33

Ulduz yox, meteor yağacaq

ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

24 Oktyabr 2025 07:30Manşet / Cəmiyyət

Göyçayın 27 kəndində qaz olmayacaq

 

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni krantların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar oktyabrın 24-ü saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.