Xəbər Lenti
Bugün, 11:28
Masallı Meşə idarəsinin əməkdaşı Kəram Ağayev Qanunları saya salmır: ŞİKAYƏT/VİDEO-FOTOLAR
Bugün, 10:17
Şəhid kapitan Həmidağa Hüseynzadənin atası: "Oğlumun da bu Qələbədə payı olduğu üçün qürur duyuram"
Bugün, 09:47
Şirvan Olimpiya İdman Kompleksinin direktoru Radin Tağıyev: Zəfərimizin Rəmzi – Qalib Azərbaycanın Qürur Günü
Bugün, 09:00
İş adamı Cəbrayıl Cəbrayılov: “8 Noyabr – Zəfər Günü xalqımızın qürur və birlik rəmzidir”
Bugün, 08:30
Şəhid atası, Saray Bələdiyyəsinin sədri Nizami Zalov: “8 Noyabr – Azərbaycan xalqının qürur və şərəf günüdür”
Bugün, 08:17
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib
Dünən, 10:20
216 saylı məktəbdə qalmaqal: Müəllim direktorun təzyiqinə məruz qaldığını iddia edir - ŞİKAYƏT/VİDEO
6-11-2025, 14:04
Gəncədə “Xoşbəxtliyin Qiyməti” – Qələbənin 5-ci ildönümünə həsr olunmuş təsirli teatr gecəsi
6-11-2025, 13:49
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: “8 Noyabr – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, milli qürur və birlik günüdür”
6-11-2025, 13:00
Deputat: Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanın vergidən azad edilməsi müsbət nəticələr verəcək
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
Dünyada hər saniyə milyonlarla telefon siqnalı havada dolaşarkən, bəzi şəxslər bu məlumatlardan yalnız texniki məqsədlər üçün deyil, həm də qlobal nəzarət vasitəsi kimi istifadə edib. Sadə insanlardan jurnalistlərə, iş adamlarından siyasətçilərə qədər minlərlə nəfərin izlənildiyi müəyyənləşib. Üstəlik, bunun üçün nə casus proqram, nə də mürəkkəb fırıldaqlara ehtiyac olub - sadəcə bir telefon nömrəsi kifayət edib. Hətta "WhatsApp" kimi şifrələnmiş tətbiqlərin də sındırıldığı iddia olunur. Bəs bu necə mümkün olub və sistem necə işləyir?
Qaynarinfo xəbər verir ki, müstəqil jurnalistlərdən ibarət "Lighthouse Reports" qrupunun bir illik araşdırması nəticəsində, avstriyalı Jozef Fuks tərəfindən qurulan "PT First Wap International” telekommunikasiya şirkətinin 1970-ci illərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən hazırlanmış "SS7 siqnallaşma sistemi” vasitəsilə sadəcə telefon nömrələrindən istifadə edərək çox sayda insanı izlədiyi aşkar edilib.
Minlərlə nömrə, yüz minlərlə məkan məlumatı

"Lighthouse” komandasına daxil olan müstəqil jurnalistlər 2024-cü ildə dünyanın demək olar bütün ölkələrindən minlərlə telefon nömrəsini və yüz minlərlə məkan məlumatını əhatə edən arxivə çıxış əldə edib. 1,5 milyon sətri olan məlumat bazasını təhlil edən araşdırmaçılar, illərlə izlənilən minlərlə nömrə aşkar ediblər.
Nəticədə mərkəzi İndoneziyanın paytaxtı Cakartada yerləşən, lakin bir qrup avropalı tərəfindən idarə olunan "First Wap”ın qlobal "telefon izləmə imperiyası” qurduğu müəyyən olunub.
Şifrəli mesajlaşma tətbiqləri də sındırılıb
Hesabata əsasən, şirkət "Altamides” adlı proqram vasitəsilə dünyanın istənilən yerindəki telefonu iz buraxmadan izləyə bilib. Proqram təkcə məkan izləməsi deyil, həm də mesajların və telefon danışıqlarının dinlənilməsi, hətta "WhatsApp” kimi tətbiqlərin şifrələrinin qırılması imkanına malik olub.
İzlənənlər arasında Əsma Əsəd və Liat Ben Ari də var

14 mindən çox telefon nömrəsi üzərində aparılan təhlil nəticəsində jurnalistlər siyahıda Suriyanın sabiq lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin, "Blackwater” şirkətinin qurucusu Erik Prinsin və İsrail Baş naziri Benyamin Netanyahunun məhkəmə işlərinə baxan Tel-Əviv prokuroru Liat Ben Arinin adlarını da müəyyən ediblər.
Ruandalı müxalif lider Patrik Karegeyanın öldürülmədən öncə izlənildiyi, "23andMe” şirkətinin qurucusu Enn Vodçiskinin Silikon vadisində min dəfədən çox təqib olunduğu, italyan jurnalist Canluici Nuzzinin isə Vatikan qalmaqalını ifşa etdikdən qısa müddət sonra izlənildiyi də təsdiqlənib.
Jurnalistlər 160-dan çox ölkədə bu sistem vasitəsilə izlənmə aparıldığını müəyyən ediblər. Ən çox izlənmə Avropa qitəsində, habelə İsrail, Kolumbiya, Venesuela, Nigeriya, Los-Anceles və Moskva kimi yerlərdə qeydə alınıb. Şirkət isə bu izləməni "cinayət, terrorizm və korrupsiya ilə mübarizə məqsədi ilə hüquq-mühafizə orqanlarının sifarişi” kimi təqdim edib.
"Bu, sadəcə texnoloji boşluq deyil"
Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssis, professor doktor Əli Murat Kırık bu hadisəni "rəqəmsal dövrün ən böyük nəzarət qalmaqallarından biri” adlandırır:
"Burada insanların cihazlarına heç bir casus proqram yüklənmədən, yalnız nömrə vasitəsilə izlənməsi baş verir. Bu, şəxsi məxfiliyin açıq şəkildə pozulmasıdır. Üstəlik, burada yalnız siyasətçilər deyil, ictimai maraqlara xidmət edən jurnalistlər və aktivistlər də hədəf alınıb. Bu isə məsələnin həm etik, həm hüquqi, həm də insani böhran olduğunu göstərir".
"Texnologiya irəliləsə də, təhlükə miras kimi qalır"

Kırık bildirir ki, SS7 sistemi 1970-ci illərdə hazırlanıb və müasir təhlükəsizlik mexanizmlərindən məhrumdur. Buna baxmayaraq, telekommunikasiya şirkətləri "geriyə uyğunluq” səbəbilə hələ də bu köhnə protokolu istifadə edir. "Bu, telekom təhlükəsizliyində ciddi islahatlara ehtiyac olduğunu göstərir", deyə professor əlavə edib.
"Klassik hücumdan daha təhlükəlidir"
Mütəxəssisə görə, "Altamides” kimi proqramlar "Pegasus” tipli casus proqramlardan fərqli olaraq, telefona deyil, birbaşa şəbəkə səviyyəsinə müdaxilə edir:
"Bu, istifadəçilərin heç bir xəbərdarlıq almadan, cihazlarında heç bir iz buraxmadan izlənilməsi deməkdir. Belə izləmə üsulları klassik kiberhücumdan daha təhlükəlidir, çünki istifadəçi özünü qoruya bilmir”.
"WhatsApp təfərrüatı oğrudursa, vəziyyət daha da ağırdır”
Əgər "Altamides” doğrudan da şifrəli mesajlaşma sistemlərini aşa bilirsə, bu, tətbiqlərin öz şifrələməsini deyil, məlumat ötürülməsi mərhələsindəki şəbəkə zəifliklərini istismar etdiyini göstərir.

"SS7-nin köhnə strukturu sui-istifadə olunur”
"SS7 sistemi müasir kimlik doğrulama və giriş nəzarətindən məhrumdur. Buna baxmayaraq, hələ də istifadə olunur, çünki yeni nəsil 4G və 5G şəbəkələri belə bu sistemə geriyə uyğunluq məqsədilə bağlı qalır”, deyə Kırık bildirib.
İnsanların yalnız telefon nömrəsi ilə bu qədər geniş şəkildə izlənməsi, şəxsi həyatın gizliliyinin demək olar ki, aradan qalxması deməkdir.
Aydın
























































