17 oktyabr 2025-ci il tarixdə Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi.
Sözü gedən teatrın yaradıcı tuppası çağdaş durumda yazıçı Əzizə Əhmədovanın “Necəki boz ayı elə alar ev payı” nağıl pyesinin primerasını keçirdi.
Turkdunyasi.az xəbər verir ki, tamaşanın quruluşunu teatrın yaradıcısı və rejissoru Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlova vermişdir.
Rollarda “Kukla Xalq” teatrının aktiyorları Zaur Qurbanov, Teymur Mustafayev, Elnurə Babayeva, Fəridə Həsənova, Xan Quliyev,Torgul Mustafalı və musiqi tərtibatçısı Taleh Əzimov idi.
Hərəsi bir dünya sevgi ilə dolu körpə fidanlar tamaşanı seyr edir,səhnədə yaşananlarla paralel körpələrin qəlbi izlədiklərinin təsiri ilə dolub daşırdı.Uşaqlara fərqli bir aləmin qapılarını açanlar isə həmyerlilərimiz həvəskar aktiyorlar, ürəyində sənət sevgisi yaşadan insanlardır.Tamaşa uğurla alındı.Kiçik tamaşaçıların səmimi alqışları bu uğurun ən yaxşı göstəricisi idi.Bu alqışlar həm də “Kukla” tearının rəhbəri və tuppanın aylardan bəri çəkdiyi zəhmətin, onların sənət naminə etdikləri fədakarlıqların ən yaxşı nəticəsi idi.Səhnə önünə uşaqların qəlbini fəht edən həvəskar aktiyorlar əllərində canlandırdıqları obrazlarla çıxırlar. Aktiyorlara MİHİ-Yevlax rayon komitəsi tərəfindən gül-çiçək dəstələri təqdim olundu.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Zəfər Hacıyev sonda teatrın kollektivinə uğurlar diləyərək personajların bir-birindən gözəl çıxışlarını vurğuladı.
Tamaşada qonaq qismində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Zəfər Hacıyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhəri üzrə Nümayəndəsi Günel Cəfərova,Şəhid və Qazi uşaqları, Sərhəd Qoşunlarının baxçasının uşaqları,şəhərimizdən onlan digər baxçaların uşaqları,şəhərimizin balaca izləyiciləri,Mədəniyyət müəsisələrində çalışanların uşaqları iştirak edirdi.
Gələcəyimiz saydığımız uşaqlar unutmayacaqları bir gün yaşadılar.Nağıllar dünyasına səyahət edilər.
Sonda xatirə şəkli çəkdirildi.










Xəbər Lenti
Dünən, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Dünən, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Dünən, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Dünən, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
18 Oktyabr 2025 10:06Manşet
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto























































