Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Gündə 2,15 dollarla yaşamaq...
Dünya üzrə təxminən 700 milyon insan gündə 2,15 dollardan az gəlirlə yaşamağa məcburdur.
“Qafqazinfo” Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatına istinadən xəbər verir ki, 2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılması istiqamətində, demək olar ki, heç bir irəliləyiş əldə olunmayıb.
Dünya Bankının 2024-cü il üzrə hesabatı isə göstərir ki, qlobal əhalinin 8,5 faizi ifrat yoxsulluq həddinin altında yaşayır. Statistikaya görə, dünyada, demək olar ki, 700 milyon nəfər “son dərəcə yoxsul” sayılır və gündəlik gəlirləri 2,15 dollardan azdır. Təxminən 1 milyard insan gündə 2,15–3,65 dollar arasında, dünya əhalisinin yarısı isə gündə 6,85 dollardan az gəlirlə yaşayır.
BMT bildirir ki, 1990–2019-cu illərdə ifrat yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə olunsa da, COVID-19 pandemiyası və sonrakı iqtisadi böhranlar bu sahədə ciddi geriləməyə səbəb olub. 2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılmasında nəzərəçarpacaq bir irəliləyiş qeydə alınmayıb.
Proqnozlara əsasən, 2030-cu ilə qədər dünya əhalisinin 7,3 faizinin ifrat yoxsulluq şəraitində yaşayacağı gözlənilir. Bu müddət ərzində sadəcə 69 milyon nəfərin yoxsulluqdan xilas olacağı ehtimal olunur.
Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin aprelində yayımladığı “Dünya İqtisadi Görünüşü” hesabatına əsaslanan məlumata görə, dünyanın ən yoxsul ölkələrinin böyük əksəriyyəti Saharaaltı Afrikada yerləşir. Reytinqdə ölkələr adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə sıralanıb.
Siyahıya Cənubi Sudan liderlik edir – ölkədə adambaşına düşən illik ÜDM cəmi 251 dollar təşkil edir. Bu göstərici ilə Cənubi Sudan dünyanın ən kasıb dövləti hesab olunur.
İkinci sırada yerləşən Yəməndə isə bu rəqəm 417 dollardır. Müharibə və siyasi sabitsizlik səbəbindən ağır iqtisadi böhran yaşayan ölkə uzun illərdir yoxsulluq səviyyəsini azaltmaqda çətinlik çəkir.
Üçüncü yerdə olan Burundidə adambaşına düşən ÜDM təxminən 490 dollardır, onu isə 532 dollarlıq göstərici ilə Mərkəzi Afrika Respublikası izləyir.
Malavi (580 dollar), Madaqaskar (595 dollar), Sudan (625 dollar), Mozambik (663 dollar), Konqo Demokratik Respublikası (743 dollar) və Niger (751 dollar) kimi ölkələr də dünyanın ən yoxsul on dövləti sırasında yer alır.
Ekspertlər qeyd edirlər ki, bu ölkələrdə yoxsulluq yalnız iqtisadi deyil, həm də siyasi, sosial və ekoloji problemlərlə əlaqəlidir. Yoxsulluğun azaldılması üçün davamlı iqtisadi strategiyalar, beynəlxalq dəstək və yerli islahatlar zəruri hesab olunur.























































