Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Məşhur uşaq pudraları xərçəng yaradır? - Minlərlə şikayətçi var
Böyük Britaniyada 3,000 nəfər “Johnson & Johnson” şirkətinə qarşı 1 milyard funt sterlinq dəyərində iddia qaldırıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb şirkətin məşhur uşaq pudralarının tərkibinin bilərəkdən dəyişdirilməsi ilə bağlı şikayətlərdir.
Çoxsaylı şikayətçilər bildirir ki, şirkətin illərdir satdığı “talk” əsaslı (red.-talk əsaslı pudra-dərini quru və hamar saxlamaq üçün işlədilən, təbii mineral olan talkdan hazırlanan incə tozdur) uşaq pudraları qəsdən “asbest” adlı maddə ilə çirkləndirilib ki, bu da xərçəng riski yaradır.
“İndependent”in məlumatına görə, iddiaçılar arasında yumurtalıq xərçəngi və mezotelyoma xəstəliyinə tutulanlar, həmçinin onkoloji xəstəliklərdən ölən şəxslərin ailə üzvləri var.
Onlar sözügedən məhsuldan 1960-cı illərdən etibarən istifadə etdiklərini bildirirlər.
İddianamədə deyilir ki, “Johnson & Johnson” hələ 1960-cı illərdə məhsullarda “asbest” izlərinin mövcudluğunu bilib, amma Məlumat üçün bildirək ki, sözügedən firmanın məhsulları Azərbaycanda da satılır.

























































