İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Ramiz Mehdiyev kimi xəyanətkar Vətən xainləri həm də Azərbaycan xalqı tərəfindən mühakimə olunmalıdır”
Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs – hətta toxunulmazlıq statusu olan şəxslər belə – qanun qarşısında məsuliyyət daşımalı və hüququn aliliyinə hörmət etməlidir.
Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçib. Çağdaş dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına və dövlətimizin sarsılmazlığına, əbədiliyinə həsr edib.
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya erməniliyi və onun arxasında dayanan super güclərlə yorulmadan mübarizə apararaq Azərbaycanı dünyaya qalib və qüdrətli xalq kimi tanıdıb.
Kimliyindən, harada yaşamasından və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti bu gün dünya miqyasında uğurla həyata keçirən dövlət başçısına xəyanət edən, dövlətə pis niyyətlə yanaşan hər kəs layiqli şəkildə cavab verməlidir. Belə harınlamış məmurlara ən ağır cəza tətbiq olunmalıdır. Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur.
Hesab edirəm ki, Ramiz Mehdiyevin və onun cinayətkar havadarlarının dövlət çevrilişi ilə bağlı cəhdi təkcə hüquqi müstəvidə deyil, həm də xalqın mühakiməsinə verilməlidir. Qətiyyətlə qeyd etməliyik ki, Ramiz Mehdiyev kimi vətən xainlərini 44 günlük Vətən müharibəsində Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin və şəhid analarının ahı əbədi izləyəcəkdir.
Bu acgöz hakimiyyət hərisləri müstəqillik illərində onların yolunu getmiş bəzi milli satqınların aqibətini, yəqin ki, unudublar. Ramiz Mehdiyev fəaliyyəti dövründə Azərbaycan ictimaiyyətinin ona olan nifrət və qəzəbini yaxşı bilirdi. Görünür, ictimaiyyətin onun çirkli əməllərinə Ulu Öndərin və möhtərəm Prezidentin nüfuzuna görə həmişə göz yummasına arxayın imiş.
Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun yanında dayanır.
“Xezertv.info”





















































