İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
ŞAİR, TƏRCÜMƏÇİ FİKRƏT KAZIM - 65
Dünən təkcə payızın ən gözəl günlərindən biri deyil, həm də Azərbaycan ədəbiyyatının və tərcüməçilik sahəsinin dəyərli siması, hörmətli şair və tərcüməçi Fikrət Kazımın doğum günü idi. Bu münasibətlə Yazıçılar Birliyinin “Natəvan” zalında onun 65 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir həm doğum gününün, həm də yaradıcılıq yolunun bir növ təntənəsi oldu. Mən də çıxışçı olaraq şair dostumu təbrik etdim. Fikrət Kazım həm ixtisasca hüquqşünas kimi böyük peşəkarlıq nümayiş etdirmiş, həm də sözün sehrini və poetik ruhunu insanlara çatdırmaqda xüsusi istedada malikdir.
Yubiley tədbirinin xüsusi anlarından biri Fikrət Kazımın iki yeni kitabının təqdimatı oldu. Bu nəşrlər onun zəngin yaradıcılığının daha bir təcəssümü, sözün qüdrətinə və bədii fikrin inkişafına olan sədaqətinin göstəricisidir. Kitablar həm şeirsevərlərin, həm də ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb oldu və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
Belə mərasimlər, sözün və sənətin bir araya gəldiyi anlar, həm də dostluğun, həmrəyliyin, ruhun və yaradıcılığın gücünü bir daha ortaya qoyur. Fikrət Kazımın yaradıcılığı öz dərinliyi, insanpərvərliyi və bədii zənginliyi ilə seçilir. Onun sözləri dillər arasında körpü kimi çıxış edir, duyğuların sərhədlərini aşaraq, oxucuları fərqli dünyalara aparır. Onu da qeyd edim ki, Fikrət müəllim mənim də bir neçə şeirimi rus dilinə tərcümə edib. Rusdili oxucuların fikrincə tərcümə olduqca dolğun və oxunaqlıdir.
65 il - zəngin həyat yolu, böyük yaradıcılıq potensialı və sadiq dostluq deməkdir. İnanıram ki, Fikrət Kazım qarşıdakı illərdə də yeni əsərləri, tərcümələri və uğurları ilə ədəbiyyatımıza dəyər qatmağa davam edəcək. Bu tədbir onun həyatının və sənətinin yeni mərhələsinin başlanğıcı kimi yadda qalacaq.
Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.
Şairlər əlləsit yer-göy üzündə,
Könlünü oxşayan sözlə ovunur.
Düzünü söyləyir, qalsa da düzdə...
Özünün odunda sözü qovurur.
Fikrət Kazımın söz dünyasına səyahət etmək, onun şeirlərindəki incəlikləri duymaq hər birimiz üçün böyük bir xoşbəxtlikdir. Onun yaradıcılığı həyatımıza işıq və ilham gətirir. Dəyərli aydınımızı, şair dostumuzu ömür təqviminin 65 illiyi münasibətilə uğurlar diləyilə bir daha təbrik edirəm! Yol gedənindir, deyib müdriklrimiz, yola davam!..
Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Ömrün bahar, payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu...
Tapdıq ƏLİBƏYLİ
























































