Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər nazirinin yeni əmrinə əsasən, ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü və ya ictimai asayiş üçün təhdid hesab edilən və ya bu səbəbdən deportasiya olunmuş şəxslərin müraciətlərinə Miqrasiya Departamenti tərəfindən sərhəd məntəqələrində baxılacaq.
Yeni qaydalara əsasən, belə şəxslər sığınacaq istəsələr də, ilkin mərhələdə ölkəyə buraxılmayacaqlar. Müraciətlərə 7 iş günü ərzində baxılacaq və sığınacaq verilib-verilməməsi barədə qərar qəbul ediləcək.
Ərizə müsbət qiymətləndirilərsə, əcnəbi 30 günlük qısamüddətli vizayla ölkəyə daxil ola biləcək. Qərarın verilməsi müddətində müraciət edən şəxslər sərhəd ərazisində yaşayış yeri ilə təmin olunacaqlar.
Qeyd edək ki, bu dəyişiklik Gürcüstanda sığınacaqla bağlı prosedurların sərtləşdirilməsi və təhlükəsizlik amilinin ön plana çəkilməsi ilə izah olunur.























































