Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi, Bakıda dahi bəstəkar Qara Qarayevin bir vaxtlar yaşadığı mənzilin 750 min manata satışa çıxarıldığına dair məlumatlar yayılıb.
Bəstəkarın qızı Qarayeva-Bağırova Züleyxa Qara qızı mənzil barədə yayılan xəbərləri “Qafqazinfo”ya təkzib edib:
“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir.
Bildiririk ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil.
Həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil Qara Qarayevin ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır”.
Onun sözlərinə görə, Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşib:
“Həmin binada bəstəkarın baraleyfi quraşdırılıb, yaxınlıqda isə onun adını daşıyan park salınıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar. Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır”.
Nuranə Daxilqızı






















































