İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib
Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və pedaqoji kollektiv iştirak edib.
Tədbirdə yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz səbəblərlə yayınması, eləcə də valideynlərin övladlarını təhsildən yayındırması hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib.
Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli halların müşahidə edildiyi təqdirdə polis orqanlarına dərhal məlumat verilməsinin vacibliyini qeyd edib.
O, eyni zamanda məktəblərin müasir müşahidə kameraları ilə təchiz olunmasının təhlükəsizlik baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə də ətraflı məlumat verilib, bu sahədə valideyn nəzarətinin zəruriliyi vurğulanıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təklif və tövsiyələr dinlənilib.



























































