“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
“Qərbi Azərbaycana aparan yollar”
3 oktyabr 2025-ci il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatında “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin” maliyyə dəstəyi ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilir.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra layihənin rəhbəri Mehdi Mehdiyev çıxış etdi. O, öz çıxışında tədbirə gəlmiş qonaqları və tədbir iştirakçılarını salamladı və iştirak üçün öz minnətdarlığını bildirdi. Sonra o, Qərbi Azərbaycandan məcburi deportasiyaya məruz qalmış soydaşlarımızın öz doğma ata yurdlarına qayıtmalarının vacibliyindən danışdı və bu məsələni beynəlxalq aləmdə hüquqi prizmalara arxalanaraq həyata keçirməyin vacibliyini bildirdi. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevə söz verildi. Çıxışında o, Azərbaycanın müstəqilliyinin təhlükə altında olması zamanı xalqın təkidi ilə Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə gətirildi. Hakimiyyət gəldikdən sonra ordu quruculuğuna, ölkəmizin mövcudluğuna görə iqtisadiyyatımızın inkişafına görə addım atmağa başladı. Belə ki, “Əsrin mqaviləsi” bağlandı. Azərbaycanın iqtisadiyyatı inkişaf etməklə yanaşı ordu quruculuğuna böyük rol verildi. 2003-cü ildə Ulu Öndərimizin səhhəti ilə bağlı prezident seçkilərində namizədliyini geri götürərək YAP tərəfindən İlham Əliyevin namizədliyi irəli sürüldü və həmin seçkilərdə 77,7% ilə prezident seçildi. Ulu Öndərimizin davamçısı İlham Əliyev ordu quruculuğuna önəm verərək Qafqazda ən güclü ordu yaratdı. Bunun nəticəsi olaraq işğal altında olan 20% torpaqlarımız işğaldan azad edildi və bu gün Azərbaycan Zəngəzur dəhlizinin azad olunması uğrunda hüquqi müstəvidə mübarizə aparır. Daha sonra “Qərbi Azərbaycana aparana yollar” adlı kitabı təqdim etmək üçün müəllif, professor, t.ü.e.d. Şikar Qasımova söz verildi. O çıxışında mövzunun aktuallığından o cümlədən türkdilli dövlətlər arasında bu məsələni təbliğ edilməsinin vacibliyindən danışdı. Kitabın gələcəkdə nəşrinin çoxaldılmasına ehtiyac olduğunu vurğuladı. Sonradan mövzu üzrə müzakirələr başladı. Çıxış edənlər bu mövzunun işıqlandırılmasında əməyi olan hər bir kəsə öz minnətdarlıqlarını bildirdilər. Layihə üzrə tərəfdaş Türkiyə-Azərbaycan Dosluq İşbirliyi Vəqfinin (TADİF) icraçı direktoru Əvəz Səfərov öz çıxışında hər iki təşkilat arasında dostluq, tərəfdaşlıq olmasından, bundan sonra da bu istiqamətdə birgə layihələr həyata keçirəcəklərindən danışdı. O cümlədən, TADİV-in başkanı Aygün xanımın salamlarını çatdırdı və bu günkü tədbirə üzrlü səbəbdən gələ bilməməsini vurğuladı. Tədbirin əsas məqsədi Qərbi azərbaycanlıların tarixi taleyi, deportasiya proseslərinin ictimai-siyasi nəticələri və onların doğma yurdlarına qayıdış hüququnun beynəlxalq-hüquqi aspektlərinin müzakirə edilməsidir. Bu müzakirələr, Qərbi Azərbaycan mövzusunda ictimai şüurun artırılması və milli yaddaşın qorunmasına xidmət edəcək.
Görüş çərçivəsində həmçinin “Qərbi azərbaycanlıların deportasiyası və onların qayıdış haqqı” adlı yeni kitabın təqdimatı keçiriləcək. Kitabda Qərbi azərbaycanlıların məcburi köçürülməsi, deportasiya proseslərinin tarixi-siyasi kökləri və bu məsələnin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi ətraflı şəkildə əks olunub.
Təşkilatçılar bildirirlər ki, tədbirin iştirakçıları arasında ictimai-siyasi xadimlər, elm adamları, QHT nümayəndələri, media təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları yer alacaq. Onların iştirakı, mövzunun daha geniş işıqlandırılmasına və müzakirələrin səmərəli aparılmasına şərait yaradacaq.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bütün maraqlı tərəfləri bu əlamətdar tədbirdə fəal iştirak etməyə dəvət edir. Tədbir Qərbi Azərbaycan mövzusunda ictimai diqqəti cəlb etməklə yanaşı, tarixi ədalətin və beynəlxalq hüquqi prinsiplərin müdafiəsinə töhfə verməyi hədəfləyir.









































































