Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Müəllimlər cəmiyyətin və xalqın nur mənbəyidir”
5 Oktyabr – Müəllimlər Günü münasibətilə “Shirvan OC Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov ölkəmizdə fəaliyyət göstərən bütün müəllimləri səmimi-qəlbdən təbrik edib. O, öz təbrikində müəllimlik peşəsini müqəddəs bir missiya, elm və maarifin daşıyıcısı olan bu nəcib peşə sahiblərini isə xalqın mənəvi sütunu adlandırıb.
Taleh Məmmədov vurğulayıb ki, müasir Azərbaycanın inkişafında, cəmiyyətin intellektual potensialının formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Onların səyləri nəticəsində bu gün ölkəmizdə elmə, bilik və yaradıcılığa əsaslanan yeni nəsil yetişir. “Hər bir peşə sahibinin uğurunda bir müəllimin izi var. Bu, dəyişməz bir həqiqətdir. Müəllimlik sadəcə bir iş deyil, bu, insanlara sevgi, bilik və mərhəmət aşılayan, gələcəyi formalaşdıran müqəddəs bir borcdur,” – deyə Taleh Məmmədov bildirib.
Sədr qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlar, məktəb infrastrukturunun yenilənməsi və müəllim əməyinə verilən yüksək qiymət bu peşənin nüfuzunu daha da artırıb. “Bu gün müəllimlərimiz təkcə bilik ötürən deyil, həm də vətənpərvərlik tərbiyəsinin, milli ruhun daşıyıcılarıdır. Vətən Müharibəsində qəhrəmanlıq göstərən gənclərimizin yetişməsində məhz müəllimlərin zəhməti böyükdür,” – Taleh Məmmədov əlavə edib.
O, həmçinin “Shirvan OC Ltd” şirkətinin sosial məsuliyyət prinsipinə sadiq qalaraq təhsil sahəsinə daim dəstək verdiyini, məktəblərin texniki təchizatına və müəllimlərin təşəbbüslərinə hər zaman diqqətlə yanaşdığını qeyd edib. “Biz inanırıq ki, savadlı və vətənini sevən gənclərin yetişməsi üçün müəllimlərə qayğı göstərmək dövlətə və xalqa xidmət deməkdir,” – deyə o bildirib.
Taleh Məmmədov sonda bütün müəllimlərə cansağlığı, ailə səadəti, işlərində uğurlar arzulayıb: “Əziz müəllimlər! Siz gəncliyin yoluna işıq saçan fədakar insanlarsınız. Gələcəyin təməlini biliklə, mərifətlə və sədaqətlə sizlər qoyursunuz. Hər bir uğurlu insanın, hər bir mütəxəssisin, hər bir vətənpərvər gəncin arxasında sizin zəhmətiniz dayanır. Bu müqəddəs yolda sizə möhkəm can sağlığı, ruzi-bərəkət və tükənməz enerji arzulayıram.”
Bu səmimi və dərin məzmunlu təbrik, həmkarlar ittifaqının üzvləri və şirkətin kollektivində böyük rəğbətlə qarşılanıb. Taleh Məmmədovun bu addımı bir daha göstərdi ki, “Shirvan OC Ltd” yalnız iqtisadi uğurlara deyil, həm də mənəvi dəyərlərin qorunmasına, müəllim əməyinin yüksək qiymətləndirilməsinə xüsusi önəm verir.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
"Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İB-nin mətbuat katibi
“Qızıl Qələm” mükafatçısı
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü
"Azərbaycan Vətən Müharibəsi Veteranları" İB-nin fəxri üzvü























































