Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Müəllimlər cəmiyyətin ən dəyərli simalarıdır”
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Bakı şəhəri 14 nömrəli tam orta ümumtəhsil məktəbində də bu əlamətdar gün böyük sevinc və ehtiramla qeyd olunub.
Məktəbin direktoru Rəfail Hüseynov bütün müəllimləri bu əlamətdar gün münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və pedaqoji fəaliyyətlərində uğurlar arzulayır. O, qeyd edib ki, müəllimlik sadəcə bir peşə deyil, ömürlük missiyadır — xalqın gələcəyinə, Vətənə və insanlığa xidmət edən müqəddəs yolun adıdır.
Rəfail Hüseynov: -“Müəllimlik peşəsi elə bir ali peşədir ki, onun müqəddəsliyi ölçüyəgəlməzdir. Müəllimlər bilik, zəka və mənəviyyat daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin düşüncə səviyyəsini, mədəniyyətini və mənəvi dəyərlərini formalaşdırırlar. Onlar millətin gələcəyinin memarları, gələcək nəsillərin istiqamətverənləri, əxlaq və mənəviyyatın təbliğatçılarıdır.”
Müasir dövrdə Azərbaycan dövləti təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində ölkə üzrə məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılıb, gənc kadrların peşəkarlığı artırılıb. Bu, təhsilin keyfiyyətinə və müəllim nüfuzuna müsbət təsir göstərir.
Rəfail Hüseynov həmçinin bildirir ki, bu gün 14 nömrəli məktəbin uğurlarında kollektivin fədakar əməyi, müəllimlərin sədaqəti və məsuliyyəti mühüm rol oynayır. O, xüsusilə qeyd edir ki, məktəbin müəllimləri təkcə bilik ötürən deyil, eyni zamanda vətənpərvərlik, milli-mənəvi dəyərlər və vətəndaşlıq ruhunun formalaşdırılmasında əvəzsiz xidmət göstərirlər.
Bu bayram müəllimlər üçün təkcə rəsmi gün deyil, həm də onların əməyinə verilən mənəvi dəyərin təcəssümü kimi yadda qalır.
Müəllimlər cəmiyyətin ən dəyərli simaları, insan yetişdirən və gələcəyi formalaşdıran əvəzsiz şəxslərdir. Onların zəhməti, fədakarlığı və sədaqəti qarşısında baş əymək hər birimizin borcudur.
Xezertv.info redaksiyasının təbriki:5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edirik! Gələcəyimizin memarları olan sizlərə möhkəm can sağlığı, ailə xoşbəxtliyi və yaradıcılıq uğurları arzulayırıq. Fədakar əməyinizə, Vətənə və gəncliyə sevginizə görə Sizə minnətdarıq.
Fərid Faiqoğlu (Səfərov)
Xezertv.info-nun rəhbəri
“Qızıl Qələm” mükafatçısı
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İB-nin mətbuat katibi






















































