MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Lənkəran rayonu M.H.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lənkəran rayonu M.H.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində növbədənkənar pedaqoji şura iclası keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və gənc pedaqoqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramiz Ramazanov çıxış edərək bütün müəllimləri bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib. O, qeyd edib ki, müəllimlik dünyanın ən müqəddəs və məsuliyyətli peşələrindən biridir. Müəllimlər cəmiyyətin mənəvi sütunu, elm və maarifin daşıyıcıları, millətin gələcəyini formalaşdıran əsas qüvvədir.
Ramiz Ramazanov çıxışında bildirib:“Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda vətəndaşlıq duyğularını formalaşdıran, gənc nəslin dünyagörüşünü, əxlaqını, milli-mənəvi dəyərlərini möhkəmləndirən şəxsiyyətdir. Bu gün hər birimizin həyatında müəllim izləri var. Hər bir uğurumuzun, nailiyyətimizin arxasında bir müəllimin zəhməti dayanır.”
İclas zamanı məktəbin pedaqoji kollektivinin 2024–2025-ci tədris ilində tədris və tərbiyə sahəsində qazandığı nailiyyətlərdən danışılıb. Müəllimlərin şagirdlərin bilik səviyyəsinin artırılmasında, nizam-intizamın və mədəni davranışın formalaşmasında gördükləri işlər xüsusi vurğulanıb.
Tədbirdə həmçinin pedaqoji şuranın gündəliyinə daxil edilmiş bir sıra təşkilati məsələlər də müzakirə olunub, tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edilib.
Daha sonra məktəb rəhbərliyi tərəfindən bir qrup müəllim uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə, tədris və tərbiyə işində göstərdiyi məsuliyyətə və fədakarlığa görə Təşəkkürnamə ilə təltif edilib. Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasim zamanı gənc müəllimlərin çıxışları da tədbirə xüsusi rəng qatıb. Onlar müəllim adının məsuliyyətindən, bu peşəyə olan sevgilərindən danışaraq bildiriblər ki, bugünkü gənc nəsil öz peşə borcunu yerinə yetirərkən təcrübəli pedaqoqlardan örnək alır.
Sonda məktəb direktoru Ramiz Ramazanov bir daha kollektiv üzvlərini təbrik edərək onlara möhkəm can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıb. O, qeyd edib ki, təhsil sahəsinə göstərilən dövlət qayğısı hər bir müəllimi daha da ruhlandırır və yeni nailiyyətlərə səsləyir.
Tədbir səmimi təbriklər, xatirə şəkillərinin çəkilməsi və mehriban kollektivi bir araya gətirən xoş ovqatla yekunlaşıb.
Xezertv.info redaksiyası bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir!
Əziz müəllimlər, gənc nəslin formalaşmasında, Vətənə sədaqətli, savadlı və mənəviyyatlı övladların yetişməsində göstərdiyiniz fədakar əməyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin zəhmətiniz Azərbaycanın gələcəyinə işıq saçır. Hər zaman hörmət və ehtiramla anıldığınız bu gözəl gündə Sizə möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
“Qızıl Qələm” mükafatçısı
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İB-nin mətbuat katibi






























































