Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
Hacıqabul rayonu Kolanı kənd orta məktəbində vəziyyət acınacaqlıdır: Riyaziyyat müəllimi yoxdur, dərsə davamiyyət aşağı, valideynlərdən pul yığılır – ŞİKAYƏT
Beynelxalqinformasiyaagentliyi.az xəbər verir ki, redaksiyamıza Hacıqabul rayonunun Kolanı kənd sakinlərindən narazılıq dolu bir müraciət daxil olub. Vətəndaşların bildirdiyinə görə, Kolanı kənd orta məktəbində tədris prosesi bərbad vəziyyətdədir. Əsas problem isə riyaziyyat fənninin müəllimsiz qalmasıdır. Şikayətçilərin sözlərinə görə, artıq uzun müddətdir ki, məktəbdə riyaziyyat fənni üzrə ixtisaslı müəllim yoxdur. Əvəzində informatika müəllimi şagirdlərə riyaziyyat dərsi keçməyə məcbur edilir.
Bu isə, təbii ki, fənnin mahiyyətinə uyğun tədrisin təmin edilməməsinə, nəticədə şagirdlərin riyaziyyat biliklərinin olduqca zəifləməsinə səbəb olur. Valideynlər qeyd edirlər ki, ibtidai sinifdən yuxarı siniflərə keçdikcə bu boşluq daha da dərindən hiss olunur. Şagirdlər sadə riyazi əməliyyatlarda belə çətinlik çəkir, məsələ həll etmə bacarıqları demək olar ki, formalaşmayıb.
Kənd sakinlərinin sözlərinə görə, bu vəziyyət təkcə bir-iki həftəlik deyil, artıq uzun müddətdir davam edir. Təhsil Nazirliyi və rayon təhsil şöbəsi bu barədə məlumatlı olsa da, indiyədək heç bir tədbir görülməyib.
Məlumatda deyilir ki, informatika müəlliminin riyaziyyat dərsi deməsi həm onun ixtisasına, həm də pedaqoji etikaya ziddir. Riyaziyyat kimi fundamental bir fənnin düzgün tədris olunmaması gələcəkdə şagirdlərin təhsil səviyyəsinə, ali məktəblərə qəbul göstəricilərinə ciddi təsir göstərə bilər.
Valideynlər haqlı olaraq sual edirlər: “Əgər kənd məktəbində riyaziyyat müəllimi yoxdur, bəs bu barədə aidiyyəti qurumlar niyə tədbir görmür? Niyə uşaqların gələcəyi bu qədər biganə münasibətə qurban verilməlidir?”
Şikayət bununla bitmir. Məktəbdə yalnız riyaziyyat deyil, digər fənlərdə də vəziyyət qənaətbəxş deyil. Valideynlərin iddiasına görə, bəzi müəllimlər dərslərə gec gəlir, bəzən isə ümumiyyətlə dərsə gəlmirlər. Nəticədə şagirdlərin dərsə marağı azalır, davamiyyət isə kəskin şəkildə aşağı düşür.
Kolanı kənd məktəbində dərs intizamının zəifləməsi, müəllimlərin məsuliyyətsizliyi, rəhbərliyin isə bu məsələyə göz yumması təhsilin keyfiyyətinə ciddi zərbə vurur. Şagirdlər dərs saatlarında məktəbdə az vaxt keçirir, bəziləri isə ümumiyyətlə dərsə gəlmir.
Məktəb rəhbərliyi isə görünür, bu vəziyyətlə barışıb. Halbuki, məktəbin direktoru və təhsil üzrə məsul şəxslər tədris intizamına nəzarəti təmin etməli, dərs buraxan müəllimlərə qarşı tədbir görməlidirlər.
Şikayətçilər onu da bildirirlər ki, son illər müəllimlər günü ərəfəsində məktəbdə pul yığımı “adi hala” çevrilib. Əvvəllər valideynlərdən 5 manat yığılırdısa, bu il artıq 10-15 manat arası pul tələb olunur. Bu da valideynlər arasında ciddi narazılığa səbəb olub.
Valideyn komitəsi adından aparılan bu yığım, əslində, könüllü deyil. Bəzi valideynlər açıq şəkildə bildirirlər ki, “kim verməsə, uşağının müəllimlə münasibəti korlanır”. Belə bir şəraitdə valideynlər məcburən, narazı halda da olsa, bu pulu ödəməyə məcbur qalırlar.
Unutmaq olmaz ki, təhsil müəssisələrində pul yığımı qanunla qadağandır. Elm və Təhsil Nazirliyi dəfələrlə bu barədə xəbərdarlıq edib və qeyd edib ki, müəllimlər günü və ya digər tədbirlər üçün valideynlərdən pul yığılması yolverilməzdir.
Təəssüf ki, Kolanı kənd orta məktəbində baş verən bu hallar nə ilk, nə də yeganə faktdır. Azərbaycanda bir çox ucqar kənd məktəblərində müəllim çatışmazlığı, dərs intizamının pozulması, rəhbərliyin laqeydliyi kimi problemlər hələ də qalmaqdadır.
Elm və Təhsil Nazirliyi bu kimi faktlara xüsusi diqqət yetirməli, yerli təhsil şöbələri ilə birlikdə monitorinqlər keçirməlidir. Əgər məktəbdə riyaziyyat müəllimi yoxdursa, bu boşluğu operativ şəkildə doldurmaq üçün tədbirlər görülməlidir. Əks halda, bu məktəbin şagirdləri gələcəkdə ali məktəblərə qəbul zamanı böyük çətinliklərlə üzləşəcək, savad səviyyəsi aşağı düşəcək.
Kolanı kənd orta məktəbində baş verənlər təhsil sistemindəki boşluqların aydın göstəricisidir. Müəllim çatışmazlığı, dərs intizamının pozulması, valideynlərdən pul yığımı kimi hallar həm məktəbin nüfuzuna, həm də dövlətin təhsil siyasətinə kölgə salır.
Valideynlər və ictimaiyyət haqlı olaraq tələb edir ki, məsələ araşdırılsın, günahkarlar cəzalandırılsın və Kolanı kənd məktəbinin şagirdləri keyfiyyətli təhsildən məhrum qalmasın. Təhsil gələcəyin təməlidir – bu təməl sarsılırsa, gələcəyimiz də təhlükə altındadır.
Adçəkilənlərin mövqeyini tanıyırıq.
Beynelxalqinformasiyaagentliyi.az























































