Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Bir aydan çoxdur dərs başlayıb, hələ də kitablar paylanmayıb”

Orta məktəblərin rus bölmələrində 7-ci siniflərə hələ də dərsliklər paylanmayıb.
Bu barədə sosial şəbəkələrdə valideynlər məlumat yayıblar.
Onlar şikayətlənirlər ki, tədris ilinin başlamasından bir aydan çox vaxt keçsə də, əsas fənlərdən, o cümlədən, riyaziyyat, Azərbaycan dili, ingilis dili, ümumi tarix, coğrafiya kitabları uşaqlara paylanmayıb. Şikayətçilər bildirirlər ki, şagirdlərə hətta köhnə - ötənilki dərsliklər belə paylanmır ki, istifadə etsinlər. Əvəzində məktəblilər telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qalırlar.
Oxşar problem Azərbaycan bölməsinin bəzi siniflərində də yaşanır. Məsələn, bu bölmədə elə məktəblər var ki, 5-ci siniflərə yeni dərsliklər ötən həftə paylanıb. Artıq bir neçə ildir ki, şagirdlər ildə iki dəfə - hər yarımilin əvvəlində bu problemi yaşayırlar.
Bəs problem nədən qaynaqlanır? Kitabları vaxtında çap etmək mümkün deyilmi?
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, dərsliklərin çatışmazlığı halları mütəmadi olaraq araşdırılır və aradan qaldırılır: “Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.
Qeyd edək ki, 10 cu sinifində bəzi kitabları hələdə verilməyib.





















































