Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Deputat Razi Nurullayevə qarşı hörmətsizlik?
Xezertv.info xəbər verir ki, Deputat Razi Nurullayev öz facebook səhifəsində paylaşım edib. olduğu kimi dərc edirik: Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən “Peşəfest” tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki, icra hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət etmişdi.
Yeri gələndə heç, kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi?
Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma, unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq.
Yeri gəlmişkən, qeyd etməliyəm ki, məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər.
Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər. Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir.
Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm. Çünki, onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram.
Bu qədər…























































