İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş
Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.
“Qafqazinfo”nun məlumatına görə, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.
Ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxtla yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.
Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.
Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.
Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin “Qohum işindən” isə əngəlli əməllərin ortaya çıxdığı deyilir.
Fotoda: Kamran Ağayev
.jpg)
İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebbuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib.
Şirkət, eyni zamanda, Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub. Belə ki, şirkət Rusiya-neft ticarəti ilə bağlı A.İ. və Böyük Britaniya səlahiyyətliləri tərəfindən araşdırılır.
Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir.
Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb.
Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər.

Həmin tankerləri aşağıda qeyd edirik:
-“Chrysopigi IMO 9303728”
-“Janine K IMO 9544607”
-“Minerva Emily IMO 9380063”
-“Minerva Joy IMO 9363479”
-“Minerva Mediterranea 9367671”
Xam neft tankerləri
-“Botafogo IMO 9395329”
-“Calida IMO 9522128”
Adnan Əhmədzadə haqda iddialar bu yeddi tankerlə də kifayətlənmir. Belə ki, “Pandora Sənədləri” də daxil olmaqla, ictimaiyyətə sızan məlumatlara görə, Əhmədzadənin adı Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş “Choice Management Group Ltd”nin də benefisiar sahibi kimi önə sürülüb.

Bir neçə gün əvvəl isə “Haqqin.az” Sinqapur KİV-ə istinadla on il əvvəl Dubayda qurulan Kamran Ağayevə məxsus başqa bir şirkət haqda geniş məqalə dərc edib.
Bildirib ki, bunker yanacağı və tanker broker xidmətlərinin qeyri-şəffaf dünyasında yer açmaq istəyən başqa bir çevik operator kimi görünürdü. 2022-ci ilə qədər şirkətin illik gəliri 1 milyard dolları ötdü, əməliyyatları 60 ölkəyə genişləndi və o, özünü daha təmiz yanacaq və mayeləşdirilmiş təbii qaz bazarında oyunçu kimi yerləşdirdi.
Lakin sahibi-A.Əhmədzadənin həbsindən sonra şirkət özünü geosiyasi və hüquqi fırtınanın episentrində tapdı.
Araşdırmaçılar iddia edirlər ki, bu sxem saxta sertifikatlardan istifadə edilməklə həyata keçirilib və Qərbin məhdudlaşdırıcı sanksiyalarına baxmayaraq, Rusiya neftinin Azərbaycan kimi ötürülməsinə və Avropaya satılmasına imkan verib.
Hazırda Adnan Əhmədzadənin işlərini idarə edən digər yaxınlarından fərqli olaraq Kamran Ağayevdən ümumiyyətlə xəbər yoxdur. Azərbaycanı tərk etmiş Kamran Ağayevin gizlənməsinin onun barəsində təbii olaraq əsaslı şübhələr yaradacağı, barəsində atılacaq addımların gizli biznes şəbəkəsini alt-üst edəcəyi və məsuliyyətə cəlb edilmək üçün əsas yaradacağı aydındır. Əsas sual isə belə səslənir: Azərbaycandan mənimsənilən pullarla hara qədər gizlənə bilərsən?!





















































