31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Ağ Ev hökumətin tezliklə bağlanacağını elan etdi - Yenilənib
ABŞ Senatında Respublikaçılar Partiyasının federal hökumətin maliyyələşməsini davam etdirməklə bağlı irəli sürdüyü layihə lazım olan 60 səsi toplaya bilməyib.
“Qafqazinfo” xəbər verir ki, bu, yerli vaxtla gecə yarısından etibarən (Bakı vaxtilə saat 08:00) şatdaunu qaçılmaz edir.
Maliyyələşməni noyabrın 21-dək uzatmağı nəzərdə tutan plan 45 səsə qarşı 55 səs toplayıb. Artıq oktyabrın 1-dən işçilər məzuniyyətə göndəriləcək və federal xidmətlər dayanacaq.
Respublikaçılar Partiyasının təmsilçiləri də həmçinin Demokratlar Partiyasının maliyyələşdirməni oktyabrın sonuna qədər uzadan və səhiyyə xərclərini 1 trilyon dollardan çox artıran layihəsinin 47 əleyhinə, 53 lehinə səslə Senatdan keçməsinin qarşısını alıblar.
***
Ağ Ev rəsmi şəkildə ABŞ federal hökumətinin yaxın saatlarda fəaliyyətini dayandıracağını elan edib.
Senat federal agentliklərin maliyyələşdirilməsini nəzərdə tutan xərcləmə qanununu qəbul edə bilmədikdən sonra Ağ Evin İdarəetmə və Büdcə İdarəsi rəsmi bəyanat yayıb. Bəyanatda Demokratlar Partiyası yaranmış vəziyyətə görə ittiham olunub və təsirə məruz qalacaq dövlət qurumlarına planlı bağlanma prosedurlarını dərhal həyata keçirmək tövsiyə olunub.
“Demokratlar Partiyasının bu vəziyyəti nə qədər davam etdirəcəyi məlum deyil. Bu da bağlanmanın nə qədər çəkəcəyini proqnozlaşdırmağı çətinləşdirir”, – deyə bəyanatda bildirilir.























































