Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Pelleqrini konstitusiyada iki cinslə bağlı müddəanı təsdiqlədi
Slovakiya Prezidenti Peter Pelleqrini konstitusiyada iki cins - kişi və qadın anlayışını əks etdirən düzəlişləri imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb.
Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib.
Onların təşəbbüsü ilə hakim koalisiyada aparıcı partiya olan İstiqamət – Sosial Demokratiya çıxış edib. Onun lideri və baş nazir Robert Fitso bəyan edib ki, dəyişikliklər ölkənin nikah və ailə üzərində suverenliyini, şəxsi və ailə həyatının qorunmasını gücləndirir.
Dəyişikliklər həmçinin uşaqların tərbiyəsində valideynlərin rolunu artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Slovakiya parlamenti sentyabrın 26-da ölkə konstitusiyasında yalnız iki cinsi - kişi və qadını tanıyan tərifi təsbit edib.























































