Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Bu ölkələr Trampın planını alqışladı
Bir sıra əsas ərəb və islam ölkələri – Misir, İordaniya, İndoneziya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti nizamlamaq üçün irəli sürdüyü planı alqışlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda xarici işlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, nazirlər razılığa nail olmaq və onu region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyə təminat verəcək şəkildə həyata keçirmək üçün ABŞ və münaqişə tərəfləri ilə müsbət və konstruktiv əlaqə saxlamağa hazır olduqlarını bir daha təsdiqləyiblər.























































