“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Bu qış çayınıza dondurulmuş limon atın
Limonun saysız-hesabsız faydalarından yararlanmaq üçün onu bir çox formada istifadə etmək olar. Dondurulmuş limonla isə daha sağlam qidalanmaq mümkündür. Belə limonları adətən təmiz tərkibli su ilə içmək daha təsirlidir.
“Qafqazinfo” xarici mətbuata istinadən dondurulmuş limonun faydalarını təqdim edir:
Limonu necə dondurmaq olar?
Yay aylarında limondan daha geniş şəkildə faydalanmaq olar. Bunun üçün limonu dondurmaq kifayətdir. Əvvəlcə limonları hissələrə ayırın. Sonra bərabər böldüyünüz limon dilimlərini dondurucu torbalara yığaraq soyuducuya yerləşdirin. Onu dondurduqdan sonra istədiyiniz kimi istifadə edib faydalarını görə bilərsiniz.
Dondurulmuş limon...
İmmuniteti gücləndirir: Dondurulmuş limonun tərkibindəki komponentlər daha təzə qalır. Bu şəkildə limonu dondurucudan çıxarıb istədiyiniz zaman şorba və çaylarınıza əlavə edə bilərsiniz. Beləliklə, həm yay, həm də qış aylarında limonun sağlam antioksidant xüsusiyyətlərindən faydalanmaq və immuniteti gücləndirmək olar. Limonun antioksidan xüsusiyyəti bədəndəki toksinlərin çıxarılmasını təmin edir.
Arıqlamağı asanlaşdırır
Dondurulmuş limon arıqlamağı asanlaşdırır. Tərkibindəki turşulara görə o, maddələr mübadiləsini sürətləndirir. Bu yolla siz daha asan arıqlayacaqsınız.
Xərçəngin müalicəsi üçün lazımdır: Araşdırmalar göstərir ki, limon orqanizmi demək olar ki, bütün xərçəng növlərinə qarşı qoruyur. Limonu dondurulmuş formada istehlak etməklə xərçəngə qarşı daha çox qoruna bilərsiniz. Limon xərçəngin formalaşma mərhələsində xərçəng hüceyrələrinə qarşı güclü köməkçidir.























































