Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

16 Sentyabr 2025 08:37Manşet / Maraqlı

Bu dəfə bahalı saatı ilə gündəm oldu - Foto

 

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam bahalı saatı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, 17 yaşlı Adamın fotolarını bacısı Tabarik Kadırova instaqram hesabında paylaşıb. 

Görüntülərdən Kadırovun oğlunun qolunda ABŞ-nin “Jacob & Co” şirkətinin “Epic SF24” markalı saatına bənzər aksessuar görmək mümkün olub. Həmin saatın qiyməti isə təqribən 497 min dollar olaraq qiymətləndirilir. 

Həmin fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan Təhlükəsizlik Şurasının katibidir. O, ilk vəzifəsinə 15 yaşında təyin olunub. Belə ki, o bu zaman Çeçenistan liderinin təhlükəsizliyi xidmətinin ən gənc rəhbəri olub. A.Kadırov sözügedən təyinatlar, eləcə də digər fəaliyyətləri ilə gündəmə gəlib.