Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Kızılcık şerbeti” haqda tədbir görüləcək
Türkiyədə yayımlanan “Kızılcık şerbeti” serialı ilə bağlı tədbir görülməsi planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Radio və Televiziya Şurası açıqlama yayıb.
Bildirilib ki, serialda “Doğa” və “Firaz” obrazları arasında yaranan eşq macərası cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb:
“Ailə millətimizin ən möhkəm bünövrəsidir, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz bizi bir-birimizə bağlayan ən möhkəm bağlardır. 2025-ci ilin “Ailə İli” elan edilməsi bu dəyərlərin dövlətimiz və millətimiz üçün əhəmiyyətinin ən bariz göstəricisidir.
Unutmaq olmaz ki, ailəni hədəfləyən hər hansı yayım təkcə ailəmizin gələcəyinə yox, həm də gənclərimizə və cəmiyyətimizin dincliyinə də təsir edir.
“Show TV”də yayımlanan “Kızılcık Şerbeti” serialına olan ictimai reaksiyalar və İdarə Heyətimizə daxil olan şikayətlər ciddi şəkildə qiymətləndirilib.
Ssenari ilə bağlı lazımı addımlar sürətlə atılacaq. Dəyərlərimizi qoruyub saxlayaraq qətiyyətli tədbirlər görəcəyik”.























































