Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 12:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 12:30

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 12:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 12:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 12:16

SEPAH Hörmüzü bağladı

14 Sentyabr 2025 09:55Manşet / Dünya

Etirazlardan sonra parlamenti buraxdı

 

Nepal Prezidenti Ram Çandra Paudel ölkənin Nümayəndələr Palatasını yeni Baş nazir Suşila Karkinin təklifi əsasında buraxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident administrasiyası rəsmi bəyanat yayıb.

“Nepal Prezidenti Ram Çandra Paudel yeni təyin olunmuş Baş nazir Suşila Karkinin təklifi ilə Nümayəndələr Palatasını buraxıb. Baş nazir Karki andiçmə mərasimindən dərhal sonra, cümə axşamı parlamentin buraxılması barədə təklif irəli sürüb”, – deyə “Setopati” nəşri məlumat yayıb.

Qeyd edək ki, Nepal tarixində ilk dəfə qadın – keçmiş ali məhkəmə sədri Suşila Karki müvəqqəti hökumətin başçısı təyin olunub. Onun hakimiyyətə gəlişi ölkədə 4 sentyabrdan etibarən sosial şəbəkələrin və mesencerlərin qeydiyyat tələbi ilə bloklanmasından sonra başlanan kütləvi etirazların fonunda baş verib.

Xatırladaq ki, iğtişaşlar nəticəsində yüzlərlə insan xəsarət alıb, ölənlər olub, bir sıra hökumət rəsmiləri isə təxliyə edilib. Hadisələr fonunda əvvəlki baş nazir Şarma Oli vəzifəsindən uzaqlaşdırılıb.