Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
8-09-2025, 12:23

Sabah hava necə olacaq?

12 Sentyabr 2025 15:11Manşet / Gündəm / Sosial

Yevlaxda “Ocaq” ədəbi birliyinin “Ölümsüz Ümüdlər” adlı tədbir keçirilib-Fotoadlı

 

Sentyabr 2025-ci tarixdə Yevlax şəhər Yaradıcıq evi “Ocaq” ədəbi birliyinin “Ölümsüz Ümüdlər” adlı gənc yazar Tural İsmayılovun kitabına təqdimatı keçirildi.

Turkdunyasi.az xəbər verir ki, tədbir Yevlax şəhər Mərkəzi Kitabxana Sistemində baş tutdu.Tədbirdə Yevlax şəhər İcra Hakimiyətinin başçısının müavini Elnarə Əzizova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Nümayəndəsi Günel Cəfərova, şəhid ailələri,qazi və müharibə iştirakçıları, şəhər ictimaiyyəti,Mədəniyyət,Səhiyyə və digər ziyalılar iştirak ediblər.
Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə keçirilən tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir deqiqəlik sükutla yad edildikdən sonra başladı.Aparıcı Fəridə Həsənova kitab sevərləri salamladıqdan sonra sözü müəllif Tural İsmayılova verdi.Tural İsmayılov çıxışında əsərin məzmunu və mahiyyəti haqqında ətraflı məlumat verdi.
Romanın xüsusi ilə gənclər üçün tərbiyəvi və maarifləndirici əhəmiyyətə malik olduğunu diqqətə çatdıran gənc yazar həmçinin müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ideaları altında Ölkə Prezidenti Cənab İlham Əliyevi ali rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət kursundan danışdı.Qeyd etdi ki,Ölkə başçısının digər bütün sahələrə olduğu kimi elm,təhsil,mədəniyyət,ədəbiyyat sahəsində göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki,məhz bu sahələrdə böyük nailiyyətlər əldə olunub.Azərbaycanın son dönəmlərdə davamlı zəfərlər qazanması gənc yazarlar üçün ən böyük metovasiya olmaqla yanaşı bizləri öz tariximizi daha geniş səpgidə araşdırmağı,həmi elmi,həm tarixi,həm də bədii yaradıcılıq nümunələri yaratmağa sövq etməsindən bəhs etdi.
İlk musiqi təbriki səkkizinci televiziya muğam müsabiqəsinin laureatı Sabir Hüseynovdan gəldi.Qirayətçilər Fəridə Həsənova və Zülfiyyə Bayramlının ifasında gənc yazarın şeirləri səsləndi.Roman haqqında Yevlax şəhər İcra hakimiyyətinin başçısının müavini Elnarə Əzizova, şəhid ataları Fərman Kazımov,Mehdi Adgözəlov,Məhəmməd Tağıyev, şəhid övladı Zeynəb Kazımova, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev, şəhid bacısı bəstəkar Sevinc Mansurova, vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev və başqaları çıxış edərək fikir söylədilər.
Tədbirin rəsmi və bədii hissəsi sona çatdıqdan sonra imza mərasimi keçirildi.Kitab nümunəsi kitabxanaya,Mərkəzi Kitabxana Sismetimin əməkdaşı  Tofiq Həsənova təqdim olundu.Sonda xatirə şəkilləri çəkildi.























Bizimlə əlaqə saxlayın